sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Kamal Abdulladan Şəhriyar Məmmədyarova təbrik

02/02/2022 - 10:04
A A
Facebookda paylaş

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tanınmış şahmatçımız, qrossmeyster Şəhriyar Məmmədyarovu “Tata Steel Masters” şahmat turnirində göstərdiyi yüksək səviyyəli oyun münasibəti ilə təbrik edib.

Sim-sim.az xəbər verir ki, qrossmeysterimizin böyük nüfuza malik yarışmada qazandığı ikinci yerin əhəmiyyəti yüksək qiymətləndirilən təbrikdə bu cümlələr yer alıb:

“Əzizim Şəhriyar!

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirində göstərdiyin yüksək səviyyəli oyun münasibəti ilə səni ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayıram. Böyük nüfuza malik olan bu turnirdə yüksək peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək ikinci yerin qalibi olmağın diqqətəlayiq uğurdur. Oyunlar zamanı göstərdiyin ustalıq şahmat tariximizdə daha bir parlaq səhifənin açılması deməkdir. Bununla sən Azərbaycanın şahmat məktəbini bir daha dünyanın diqqət mərkəzinə çevirdin. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra Azərbaycan həqiqətlərinin, o cümlədən, müxtəlif istiqamətlərdə olan uğurlarımızın dünyada təbliğinə böyük ehtiyac yaranıb. Sənin dünya intellektualları, tanınmış qrossmeysterlər qarşısında göstərdiyin bu yüksək peşəkarlıq ölkəmizin dünyada təbliği baxımından son dərəcə böyük əhəmiyyətə malikdir.

Azərbaycançılıq, Azərbaycan idmanı naminə gələcək fəaliyyətində sənə yeni-yeni nailiyyətlər və könül xoşluğu arzu edirəm. Böyük sevgi hissi ilə inanıram ki, uğurlarının davamı ilə bizə daha möhtəşəm duyğular yaşadacaqsan. Səninlə fəxr edirik!”

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az