sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Xalq yazıçısı Kamal Abdulla Türk Ədəbiyyatı Fondunun fəxri üzvü seçilib

09/12/2020 - 14:14
A A
Facebookda paylaş

Xalq yazıçısı, akademik Kamal Abdulla Türk Ədəbiyyatı Fondunun fəxri üzvü seçilib. Bununla bağlı qərar Fondun İdarə heyətinin iclasında qəbul edilib.

Fondun rəhbəri Serhat Kabaklı fəxri üzvlük diplomunu Kamal Abdullaya təqdim edib.

O, qeyd edib ki, Türk Ədəbiyyatı Fondu milli düşüncəni qoruyan, bu düşüncəni təbliğ edən əsərlərin dünyada yayılmasını həyata keçirən qurumdur:  “Fondun fəxri üzvləri arasında təkcə ədəbiyyatçılar yox, siyasi xadimlər də var. Alparslan Türkeş, Rauf Denktaş, Süleyman Dəmirəl kimi siyasi xadimlər, Oljas Süleymenov, Anar kimi məşhur yazıçılar Fondun fəxri üzvləridir. Bu gün bizim fəxri üzvlərimiz sırasında Kamal Abdulla kimi böyük yazıçı və alimin olması əlamətdar və gözəl hadisədir. Siz daha böyük mükafatlara, daha böyük adlara layiqsiniz. Təbrik edirəm, uğurlu olsun”.  

Xalq yazıçısı Kamal Abdulla onu Türk Ədəbiyyatı Fondu kimi nüfuzlu qurumun fəxri üzvlüyünə seçdiklərinə görə qurumun rəhbəri Serhat Kabaklıya, məsul əməkdaşları İmdat Avşar və Bahtiyar Aslana təşəkkürünü bildirib:

“Ümid edirəm ki, bundan sonra əməkdaşlığımız və birgə fəaliyyətimiz daha da sıx olacaq, Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin daha yüksək səviyyədə inkişaf etdirilməsinə çalışacağıq”.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az