sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığına həsr olunan kitab çap olunub
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Slide > Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığına həsr olunan kitab çap olunub

Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığına həsr olunan kitab çap olunub

Published 29/08/2024
Paylaş

 

Professor Niyazi Mehdinin Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr etdiyi “Kamal Abdullanın diskursları… Bildirdiklərindən bilinənlərə” adlı kitabı çap olunub. Yeni nəşrdə professor Niyazi Mehdinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Kamal Abdullanın son 30 ildə qələmə aldığı elmi-bədii əsərləri haqqında olan məqalələr və şərhləri toplanıb.

Nəşriyyat kitabı belə təqdim edib: “Kamal Abdullanın çoxcildlik əsərləri, – bu öygünü indi söyləmək olar, çünki Vaqif İbrahimoğlu, Rəhman Bədəlov, Aydın Talıbzadə, Ramiz Rövşən kimi parlaq adamların imzaları onun haqqında heyranlığı doğrulayır, – Azərbaycan mentalitetinin, elminin və bədiyyatının ortaya çıxardığı yeni ideyaların, yanaşımların qaynağıdır. Təqdim olunan kitabda Niyazi Mehdi Kamal Abdullanın təkcə Azərbaycan üçün yox, dünya elminə və mədəniyyətinə verdiyi yetənəkləri açmağa çalışmışdır”.

“Qanun” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru və son sözün müəllifi, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, redaktoru  filologiya üzrə fəlsəfə doktoru Toğrul Mehdidir. Kitab “Kamal Abdullanın araşdırmalarında bildirilənlər və bilinənlər”, “Kamal Abdullanın bədii mətnlərinin semantik dalğalarından” və «Между самыми близкими точками всегда есть третья точка» fəsillərindən ibarətdir.

Kitabın müəllifi “Ön söz”də yazır: “İndi bizdəki ədəbiyyatşünas yazılarda “diskurs” termini artıq dəbə minmişdir. Onu ilk dəfə mən poststrukturalistlərən götürərək “Yarımçıq əlyazma”nı anlayıb anlatmaq üçün işlətmişdim. Bu, mənim nəyi götürməyimə örnəkdir, hərçənd, Kamalı  nədənsə bu termin tutmamışdır. Məni isə tutmuşdu modernlik aurasına görə, çünki nə üçünsə məhz postmodernistlər və poststrukturalistlər onu işləkləşdirmişdilər… Mən “Yarımçıq əlyazma” ilə bağlı mətn yerinə “diskurs” işlədəndə bu çaları qabartdım. İndi isə oxuduğunuz kitabın başlığına çıxaranda Kamal Abdulla düşüncəsinin sıxılmış, enerji dağarcığına çevrilmiş deyimlərdə bildirilməsini nəzərdə tuturam. Bu yerdə Kamal diskursları ilə bağlı bildirmə və bilinmə sözlərini də anladım. Diskursla onu aydıran müəllif hansısa mənanı bildirir. Ancaq bu diskurslardan həm də elə gizli mənalar bilinir ki, heç söyləyənin də ağlına gəlmir. Bu anlamda yazılarım həm Kamalın diskurslarının bildirdiklərini açır, həm də bildirdiklərindən bilinənləri açıqlayır. “O olmasaydı, mən belə olmazdım” diskursundan itələnərək bunu deməliyəm: Kamal Abdullanın elmə və sənətə verdikləri olmasaydı, mənim də onları yozmaq əsasında tapdığım nəsnələr olmazdı”.

“Son söz”ün müəllifi dosent Maral Yaqubova isə təqdim edilən kitabın elmi-nəzəri məziyyətlərini xarakterizə edərkən yazır: “Kitaba filosof Niyazi Mehdinin yazar və alim Kamal Abdullanın əsərləri haqda fərqli zaman, məkan və situasiyada yazdığı mətnləri (əslində refleksiyaları) daxildir. Kitab həmin refleksiyaları bir-birinə elə hörüb birləşdirir ki, yeni və bitkin bir mətn alınır. Filosofun illər boyunca yazar-alimin başqa-başqa mətnlərinə verdiyi suallar və cavabları bu yeni mətndə təkcə konseptual görk qazanmır, həm də filosofun düşüncə narrativləri ilə yazar-alimin düşüncə narrativlərinin “dialoq”unu yaradır”.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link
Leave a comment

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?