sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Xocalı harayı” mövzusunda anım tədbiri keçirilib

26/02/2019 - 18:40
A A
Facebookda paylaş

Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbin II-IV azkomplektli sinfində Xocalı soyqırımının iyirmi yeddinci il dönümü ilə əlaqədar “Xocalı harayı” mövzusunda anım tədbiri keçirilib.

II-IV azkomplektli sinifin rəhbəri ibtidai sinif müəllimi Samir Abbaslının təşkil etdiyi anım tədbiri öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Samir Abbaslı  tədbiri  giriş sözü ilə açaraq  bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikası, soyqırımda iştirak edən qüvvələr haqqında şagirdlərə ətraflı məlumat verdi. Azərbaycanın ümummilli lideri  Heydər Əliyev Xocalı soyqırmı ilə bağlı Azərbaycan xalqına müraciətində qeyd etmişdir:  “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasında “Xocalıya ədalət” kampaniyasının təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətinə toxunuldu.

Şagirdlərdə düşmənə nifrət hissi yaratmaq, şəhidlərin xatirəsini  əbədiləşdirmək, vətənə, torpağa sevgi hissini məktəblilərə təbliğ olunub. Şagirdlər Xocalı soyqırımına aid məlumatlar verdilər,bayatılar və şeirlər söylədilər, kompozisiya göstərdilər.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az