sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Xüsusi istedada malik gənc ifaçıların tanıdılması üçün yeni müsabiqə elan olunub

23/06/2021 - 16:48
A A
Facebookda paylaş

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və “RÄNG” leyblın tərəfdaşlığı, “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə “Səhnədə” müsabiqəsi elan olunub.

 

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi paytaxt və regionlarda xüsusi istedada malik gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək göstərməkdir. Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq müsabiqə vasitəsilə 16-25 yaş arasındakı gənclər özlərinin ifaçılıq sahəsində olan bacarıqlarını nümayiş etdirəcəklər.

Müraciət etmək istəyən istedadlı gənclər www.gencistedad.az saytı vasitəsilə qeydiyyatdan keçə bilər. Daxil olan müraciətlərin dəyərləndirilməsindən sonra uğurlu hesab edilən iştirakçılar Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdə şəhərlərində keçiriləcək kastinqlərə dəvət olunacaqlar.

Kastinqlər nəticəsində müəyyənləşən 10 finalçı Bakı şəhərində keçiriləcək möhtəşəm konsert proqramında iştirak edəcək və münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib olaraq seçilən 3 ifaçı “RÄNG” leyblı ilə birillik əməkdaşlıq müqaviləsi imzalamaq şansı əldə edəcək.

Qeyd edək ki, müsabiqənin münsiflər heyəti ölkəmizin musiqi sahəsində tanınan və peşəkar simaları olan Sevda Ələkbərzadə, Pərviz İsaqov və digər ulduzlardan ibarətdir.

Müsabiqədə iştirak etmək üçün iyunun 10-dək müraciət etmək lazımdır.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az