sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: XX əsr Çin poeziyası – Ay Tsin
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > poeziya > XX əsr Çin poeziyası – Ay Tsin

XX əsr Çin poeziyası – Ay Tsin

Published 24/09/2020
Paylaş

AY TSİN (əsil adı Tçyas Xay-Çen)1910-cu ildə anadan olub. Fransada təhsil alıb. Çin kəndinə həsr olunan “Dayanxe”adlı ilk kitabı 1936-cı ildə işıq üzü görüb. Çin-Yapon müharibəsi zamanı vətənpərvərlik ruhunda şeir və poemalar yazıb. ”Günəşə doğru”, ”Şimal”, ”O, ikinci dəfə öldü”, ”Məşəl”, ”Bahar” və digər kitabların müəllifidir. Ay Tsinin yaradıcılığına Emil Verxarn, Uolt Uitmen və V. Mayakovski kimi şairlərin təsiri hiss olunur. Çində “Mədəni inqilab”zamanı “Xunveybin” mətbuatında hücumlara və təzyiqlərə məruz qalıb.

Ay Tsin poeziyasının dili öz təbiliyi ilə seçilir. Şair sərbəst şeirdən bacarıqla istifadə edərək “həyat axını”nı onun bütün çalarları və mürəkkəbliyi ilə ifadə etməyə nail olur.

Şair 1996-cı il mayın 5-də vəfat edib.

 

 

PALTAR YAMAYAN QADIN

 

Paltar yamayan  qadın

oturub yolun qırağında.

Yolçular toz dumanı qaldırıb

yan keçirlər ondan.

Onun yaylığı sanki tozdan,

Onun paltarı sanki tozdan…

uşağı ağlayır

artıq neçənci kərədir günəş

onun göz yaşlarını qurudur,

Qadının heç vecinə deyil…

Yalnız öz evini xatırlayır-

Silah atəşilə büsbütün yandırılmış evini…

Susub, özgə paltarını yamayır qadın,

 

Qoy uşağın gözləri,

əzab dolu ğözləri

zənbilin içindən

diqqətlə baxsın göylərə.

 

Paltar yamayan qadın

oturub yolun qırağında.

Birbaşa sonsuzluğa uzanır bu yol

Yolçuların corabını yamayır qadın

Yolçular yol gedir öz yollarıyla.

 

Fevral 1938.

 

     MƏN BU TORPAĞI SEVİRƏM

 

Mən quşam,

Mənim mahnılarımda

Tufanların əzab verdiyi torpağın,

Susmadan ağlayan çayların,

Daim hirsli küləyin…

Və meşənin yuxulu vaxtı doğulan sübhün

çığırtısı var…

 

…ölüm qıracaq bu mahnını

Torpaqda çürüyüb

külə dönəcək bu quş…

 

Axı niyə gözlərimdən

belə yaş axır?

Mən səni necə də

sevirəm torpaq…

17 noyabr 1938

 

    AĞACLAR

 

İki ağac ucalır,

aralarında acı bir həsrət

Külək və ayrılığın nəfəsi

 

danışır ayrı yaşayanlar haqda.

 

Lakin ğözün ğörmədiyi

yerin dərinliyində köklərinin ucu-

uzanırlar bir-birlərinə doğru,

 

Kökləriylə

bir-  birinə sarmaşmaq üçün.

Bahar, 1940

 

       BAHAR

 

Bax bu da bahar

şaftalı ağacları da çiçəklədi

Əjdaha Qüdrəti paqodasının yanında

bu ğecə

Damğaya bənzər qanlı damlalar kimi

çiçəklədi ağaclar.

Bu ğecələrin ulduzu yox

küləklər fit çalır ,

dul qadınların hönkürtüsü eşidilir

bu gecələrdə

Insan nəslinə mənsub ən əyilməz,

sınmayan gənclərin

qanını içir

vəhşi heyvan kimi

bu qədim torpaq..

Beləcə keçdi kədərliuzun günlər

qarlıbuzlu zamanı

mənasız fəsli ilin.

Şərqin əfsanəyə bənzəyən

dərinqara gecələrində

bu alqırmızı damğalar

alabəzək alqırmızı damğalar

sanki atəş kimi partlayıb açıldılar saysız qönçələrdən.

Indi dəbdəbəli yazdır

çaylar axan Cənubun hər yerində.

 

Adamlar soruşur:hardan gəlir o?

-Şəhər yanı kəndlərin böyründəki

Öz qəbir evindən-cavab verirəm.

Aprel 1937

 

        ÜMİD

 

Röyanın rəfiqəsi

xəyalın bacısı

 

Dolaşır keçdiyin köhnə yolda

onun əbədi kölgəsi hələdə

 

Şüa kimi cansızdır

külək kimi narahat

 

Səninlə onun arasında

verstlərlədir ayrılıq

 

Göylərdə üzən bulud

pəncərədən görünən quşdu

 

Çayın qırağında gözəl,

hiyləgər kəpənəkdi

 

Sən dalınca qaçdıqca

o,səndən uzaq qaçır

 

Sən ondan əl çəkirsən

o gəlib çatır sənə

 

O,son nəfəsinədək

əbədi səninlədir.

 

 

Tərcümə: SƏRRAF TALIB.                          

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?