sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Yaradıcılıq Fakültəsində Fəxri Uğurlu ilə görüş keçirilib

12/12/2019 - 08:46
A A
Facebookda paylaş

Dekabrın 12-də Azərbaycan Dillər Universitetində “Yaradıcılıq Fakültəsi”nin təşkilatçılığıyla yazıçı Fəxri Uğurlu ilə görüş keçirilib. 

Görüşdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə açan “Yaradıcılıq Fakültəsi”nin dekanı Qismət Rüstəmov tədbir iştirakçılarını salamlayıb,  yazıçının həyat və fəaliyyətindən, bu görüşün bədii yaradıcılıqla məşğul olan tələbələr üçün xüsusi əhəmiyyətindən bəhs edib.

Görüşdə müasir Azərbaycan ədəbiyyatı, tərcümə və kitab nəşriyyatı haqqında  söhbət açılıb.

Yazıçı Fəxri Uğurlu son dövrlər tərcümə və ədəbi əlaqələrin qurulması baxımından bir çox işlərin görüldüyünü,  dünyagörüşlü və intellektual gənclərin ədəbiyyata maraq göstərməsinin sevindirici olduğunu söyləyib.

Görüş zamanı müəllif deyib ki, ədəbiyyatla məşğul olan həs kəsin tərcümə ilə maraqlanmağı vacibdir. Qonaq ədəbi cərəyanlar, müasir ədəbi birliklər və ədəbi imzalar barəsində maraqlı fikirlər səsləndirib.

 

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az