sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Yaradıcılıq Fondunda Fuad Məmmədovla görüş keçirilib

07/06/2022 - 10:36
A A
Facebookda paylaş

3 iyun 2022-ci ildə Azərbaycan Yaradıcılıq Fondunda tanınmış alim,  kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru; “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyəsının akademiki; Rusiyanın Pedaqoji və Sosial elmlər Akademiyasının akademiki; “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti; “Mədəniyyət və cəmiyyət” daimi kulturuloji seminarın elmi rəhbəri. “Simurq” Kulturoloji jurnalının (Dünya mədəniyyəti və sivilizasiyası məsələləri) yaradıcısı və baş redaktoru; “Humay” (2002) və “İntellekt” (2006) Milli ictimai mükafatların laureatı; “Sülh səfiri” və “Mədəniyyət səfiri”  Fuad Məmmədovla görüş keçirilib.

Görüşü giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun birinci müavini Rafiq Kaşanlı açmış, Fuad Məmmədovun həyat və yaradıcılığından məlumat vermişdir.

Fuad Məmmədov öz növbəsində gördüyü işlər və gələcək planları barədə tədbir iştirakçıları ilə fikirlərini bölüşmüşdür.

Tədbirdə iştirak edənlər,professor musiqişünas Zemfira Qafarova, əməkdar incəsənət xadimi Oktay Babazadə və başqaları Fuad Məmmədovla olan xoş xatirələrindən danışmışlar. Fuad Məmmədov tədbir iştirakçılarının suallarına cavab vermişdir.

Sonda Fuad Məmmədov Azərbaycan Yaradıcılıq Fondunun rəhbərliyinə ona göstərilən diqqətə görə dərin minnətdarlığını bilmirmişdir.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az