sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Yaradıcılıq Fondunda Rahib Azəri ilə görüş keçirildi

04/07/2023 - 19:24
A A
Facebookda paylaş

26 iyun 2023 –cü ildə Azərbaycan Yaradıcılıq Fondunda, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi, televiziya və radio verilişlərinin aparıcısı, müxtəlif televiziya və radio verilişlərinin müəllifi və tərtibçisi, əməkdar mədəniyyət işçisi Rahib Azəri (Rahib Kamal oğlu Əliyarzadə) ilə görüş keçirilib.

Görüşü giriş sözüylə AYF-nin Sədrinin birinci müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı açmış, tədbir iştirakçılarını salamlayaraq hər kəsi bir gün sonra olacaq Qurban Bayramı münasibətiylə təbrik etmişdir. Rahib Azərinin həyat və yaradıcılığı barədə qısa məlumat vermiş, sözü Rahib Azəriyə vermişdir.

Rahib Azəri Bakının tarixindən, ümumiyyətlə bütöv azərbaycanın tarixindən, Bakıda Azərbaycanın müxtəlif yerlərində olan tarixi abidələrdən, həmin abidələrin ətrafında baş vermiş əhvalatlardan, abidələrin yaranma tarixindən geniş məlumat vermişdir. İş prosesində baş vermiş maraqlı və yumorlu əhvalatlar barəsində də söhbət açmış, tədbir iştirakçılarının suallarına cavab vermişdir.

Tədbir iştirakçılarından Bakı Slavyan Universitetinin baş müəllimi Zenfira Kadırova və əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva çıxış edərək, Rahib Azərinin istər televiziyada, istərsə də radioda müəllif və tərtibçisi olduğu marifləndirici verlişləri azərbaycanın incəsənətinə, mədəniyyətinə, tarixinə böyük töhvə vermiş olduğunu vurğulamış və çox yüksək dəyərləndirmişlər. Sonda Rahib Azəri Azərbaycan Yaradıcılıq Fondunun rəhbərliyinə ona göstərilən diqqətə görə dərin minnətdarlığını bilmirmişdir.

Exif_JPEG_420
Exif_JPEG_420

Exif_JPEG_420
Exif_JPEG_420
Exif_JPEG_420
sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az