sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Yaradıcılıq Fondunda “Zəfər günü” və “Bayraq günü” ilə bağlı tədbir keçirilib

12/11/2022 - 17:40
A A
Facebookda paylaş

 

9 noyabr 2022-ci ildə Azərbaycan Yaradıcılıq Fondunda “Bayraq günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun birinci müavini, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafiq Kaşanlı açmışdır. Rafiq müəllim tədbir iştirakçılarını salamlayaraq hamını “Zəfər günü” və “Bayraq günü” münasibətiylə təbrik edib. Sonra Azərbaycan himni səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan cənab İlham Əliyevin başçılığı ilə zəfərlə yekunlaşan 44 günlük vətən müharibəsində iştirak etmiş qəhraman azərbaycan əsgərləri və zabitləri yad edilmiş, qazilərimizə allahdan şəfalar dilənmiş, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən “İntellektuallar klubu”nun sədri, birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru, Tahir Behbudova söz verilmişdir. Tahir Behbudov da öz növbəsində 44 günlük vətən müharibəsi və azərbaycan bayrağı haqqında ətraflı məlumat vermişdir.

Tədbirin bədii hissəsində musiqiyə yer verilmişdir. Tanınmış musiqiçi Yelena Baqayevskaya məhşur Norveç bəstəkarı Edvard Qriqin bəstəkarlığından danışmış və bəstələdiyi musiqiləri pianoda ifa etmişdir. İbrahim İmaməliyev gitarada  azərbaycanın zəfər gününə həsr edilmiş musiqilər ifa etmişdir. “Günay” uşaq teatrının üzvü 11 yaşlı Oktay Xudiyev dahi bəstəkar Şopenin əsərini piyanoda məharətlə ifa etmişdir.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az