sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Yaşar Həsənli. Dahilər
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Yaşar Həsənli. Dahilər

Yaşar Həsənli. Dahilər

Published 26/04/2023
Paylaş

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə

 

Yaşar Həsənli (Yaşar Abbasəli oğlu Həsənov) 1971-ci ildə doğulub. BDU-nu fərqlənmə diplomu ilə bitirib I Qarabağ savaşının iştirakçısıdır. Seir yazmağa tələbəlik illərindən başlayan sairin şeirləri müxtəlif illərdə bir çox mətbu orqanlarında, o cümlədən “Azərbaycan kimyaçısı” (Sumqayıt), “Şərq qapısı” (Naxçıvan), “Naftalan (Naftalan), millətin səsi” (Moskva) və s. kimi qəzetlərdə “Gənclik nəğmələri” (Naxçıvan), “Göyərçin əllər” almanaxlarında dərc olunub. Yaşar Həsənli “O zirvədə gözüm galdi”, “Adımı şeirə yazdım” şeirlər kitablarnın müəllifidir. Yalnız birharfli sözlərdən istifadə etməklə yazdığı bir çox seirlər ədəbiyyatda yeni bir cığır olmaqla oxucuların böyük marağına səbəb olmuşdur. Ən əsası isə belə şeirlər dilimizin zənginliyinin, nə qədər geniş imkanlı olmasının göstəricisidir. Bu gün oxuculara şairin yalnız “D” hərfi ilə başlayan sözlərlə yazılmış 3 şeirini təqdim edirik.

 

Dahilər

 

Daxili didişmələri dayandıran, dünya dövlətlərinin dövlətimizə dair düşüncəsini, diqqətini dəyişdirən DAHİYƏ

 

Dayanmadan dərdlilərə dərman deyib doydurar,

Dədəmizin dastanını düşmənlərə duydurar.

Dövlətçilik dara düşsə dağıdanı durdurar

DAHİLƏR!

Dirçəldəndə dağıdılmış dağ-dərəni, düzləri,

Dözəcəkdir doğulandan dincəlməyən dizləri.

Dinsizlərə dəyişməzlər doğruları, düzləri

DAHİLƏR!

Dedikləri doğrudan da diqqətlərə dəyirmiş,

Dahi deyən dərindədir, düşündüyün deyilmiş…

Dövranının dərdlərini dəqiqliklə deyirmiş

DAHİLƏR!

Dəyərsizlər dayanmadan danışanda, dinəndə

Dahi dözüb dəyişdirər düşüncəsin, dinin də.

Dərs deyərək döyüşçülər düzəldərlər dönəndən

DAHİLƏR!

Danılmazdır dahilərin dəyanətlə dözdüyü,

Deyimləri düşüncələr dünyasına düzdüyü,

Dilim-dilim doğransa da danmaz düzü, düzlüyü

DAHİLƏR!

Dəfələrlə dəhşətlərə dözə-dözə daşlandı,

Düzəltdiyi danılmazdır, dağılmazdır, daşdandır.

Danışmıram dəyərindən… dəfinədir, dastandır

DAHİLƏR!

Düşündüyün dildə deyər, daxilində döyüşməz,

Dilbilməyən daşürəkli düşmənlərlə deyişməz.

Dünyaları dəyişmədən dünyasını dəyişməz

DAHİLƏR!

Damarında, diləyində dövlətidir, dilidir,

Dayaq durub daşa dönmüş dəyərləri dirildir.

Dünyasını dəyişsə də daimidir, diridir

DAHİLƏR!

 

 

Düşmənlərlə danışmayın

 

Danışıqlar dirənibdir dalana,

Düşmənimiz dediyindən dönməyir.

Dünyamızın dəyərləri dolama…

Demokratik dövlətləri dinməyir.

 

Düşmən dinib diləkləri düzərmiş,

Döyüşmələr dayananda, donanda.

Dostla düşmən dəyişik də düşərmiş,

Dastan deyən dədələri dananda.

 

Dövran dönüb dəyərləri döyəndə

Dost dediyin dəyişərmiş, dönərmiş.

Dastanlarda dost “Düşmənəm!” deyəndə

Dədə durar, dəliləri dinərmiş.

 

Dünyasını dəyişsə də döyüşmə

Dönüklərlə danışmazdı dəlilər.

Düşməninlə dinc danışıb deyişmə!

Dəyişəcək daha doğru dəlillər.

 

Dağlar durub düşmənimin dalında,

Dayanmadan diri-diri dillənir.

Dərdlərindən danışaraq dolanda

Dövlətlərdən dilənçitək dilənir.

 

Daxilimiz düşmənlərlə doludur,

Döyüşlərdə döyüşmədən döyüldük.

Didişmələr düşmənçilik donudur,

Dədələrə dönüklərdən deyildik!

 

…Dediyimi dinləyənlər duymasa

Demək daha dəyişibdir dəyərlər.

Düşmənlərin dediyindən doymasa

Dahilər də “Düşünməyin!” deyərlər.

06.10.2019

 

 

Dərs deyən dilənçi

 

(Bu şeirdə yazılanlar real həyatdan götürülüb. SSRİ dağılandan sonra qonşu  ölkələrin birində, sakit bir küçədə qocaman bir müəllimə dilənirdi. Ona yardım edənlərə taleyini, dərdlərini həvəslə danışırdı)

 

Dar, düyməsiz, deşik-deşik donunda

Dalanlarda dilənirdi dilənçi.

Dincələndə, darıxanda, donanda

Divarlara dirənirdi dilənçi.

 

Dünən daha dözəmmədim, danladım.

Dərdlərini danışaraq deyindi:

“Dərs deyirdim dolanırdım… Danmadım!

Dövlət dadlı duyğulardan deyirdi…

 

Dövran döndü, dəyişmələr dalğası,

Dərs deyənlə düşmənlərtək davrandı.

Dilbilməzlər dahilərin darğası…

Doğruların döyüldüyü dövrandı

 

Dinləməyən dəcəllərim dəyişib,

Dövlətiylə dünyaları dolanır.

Dərs dinləyən dərdləriylə döyüşüb

Daxilində dilim-dilim doğranır

 

Dövlət dursa dinsizlərin dalında

Dilənəndə dərs deyənə dəyməsin.

Dərs deyəni dilənirsə dalanda

Dövlət daha dövlətindən deməsin.

 

Dövlətliyə dayı deyər dəlilər,

Dilənçiylə dostluğunu dost danar!”

…Döndərmişdi danışdığı dəlillər

Dilənçinin dərdlərini dastana

 

Dərs deyənlər dövlətini duyandı,

Dayaq durar dediyinin damlası.

Dinlədikcə dahiliyə dayandı

Düşündüyüm dilənçilik damğası.

2002-ci il

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?