sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Yazıçı Azər Abdulla vəfat edib
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > Yazıçı Azər Abdulla vəfat edib

Yazıçı Azər Abdulla vəfat edib

Published 22/03/2021
Paylaş

Yazıçı Azər Abdulla (Əhmədbəyli) vəfat edib.

Bu barədə APA -ya onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

O, atasının martın 20-də səhər saatlarında vəfat etdiyini və Xırdalan qəbiristanlığında dəfn edildiyini bildirib.

Qeyd edək ki, A. Abdulla bir müddət əvvəl koronavirusa (COVİD-19) yoluxmuşdu.

Azər Abdulla 1940-cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində doğulub. 1962-1967ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirib.

Jurnalistik fəaliyyətinə “Azərbaycan məktəbi” jurnalında korrektor, “Mədəni ticarət” qəzetində ədəbi işçi işləyərkən başlayıb (1967-1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirib. “Qobustan” toplusunda texniki redaktor vəzifəsində çalışıb. “Oğuz Eli” qəzetinin əlavəsi olan “Yazıçı” qəzetinin baş redaktoru olub.

“Bir durna qatarıyıq”, “Gedirəm gün doğana”, “Səni gözləyirəm”, “Bəyaz çiçəklər”, “Qəmərlidən keçən qatar” və başqa kitabların müəllifidir.

Allah rəhmət eləsin.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?