sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Yeni ədəbiyyat müsabiqəsi
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Yeni ədəbiyyat müsabiqəsi

Yeni ədəbiyyat müsabiqəsi

Published 25/11/2021
Paylaş

Azərbaycan Televiziya və Radio Verilişləri QSC uşaqlar üçün yeni layihəyə başlayır. Ölkəmizin bütün bölgələrindən azyaşlı istedadların ədəbi bacarıqlarını tanıtmaq məqsədilə Azərbaycan Radiosu şeir, hekayə və esse müsabiqəsi elan edir. Müsabiqədə 15 yaşadək uşaqlar özünü sınaya biləcək.

İştirak etmək istəyənlər 31/01/2022-ci il tarixinədək yazıların elektron variantını [email protected] elektron poçtuna göndərə bilər. Məktubda müəllif haqqında ayrıca qısa məlumat və əlaqə vasitələrinin göstərilməsi xahiş olunur. Eyni zamanda, müəlliflər əlyazmalarını qapalı zərfdə Bakı ş., M.Hüseyn küç. 1 ünvanına Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə təqdim etməlidir. Məktubun üzərinə “Ədəbi müsabiqə üçün” sözlərini yazmağı unutmayın. Hər müəllif yalnız 1 (bir) yazı ilə iştirak edə bilər. Hekayə və esselər Azərbaycan dilində yazılmalıdır. Müsabiqədə obyektivliyi təmin etmək üçün seçim mərhələsində müəlliflərin adı münsiflər heyətindən gizli saxlanılacaq.

Mövzular: “Vətən”, “Qarabağ”, “Müzəffər əsgər”, “Mənim atam”, “Anam”, “Dostluq”. Müsabiqənin gedişi barədə iştirakçılara vaxtaşırı məlumat veriləcək.

Tərəfdaşlarımız: www.kulis.az, www.sim-sim.az saytları,  “Ədəbiyyat”, “525-ci qəzet” nəşrləri. Qaliblər mükafatlandırılacaq.

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?