sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Zəhər tuluğu” filminin Qazaxıstanda qala gecəsi – FOTO

21/05/2022 - 11:24
A A
Facebookda paylaş
May ayının 20-sində Qazaxstanın Almatı şəhərində “KinoPark” kinoteatrlar şəbəkəsinin Esentai Mall-da yerləşən zalında Orxan Mərdanın və Taleh Yüzbəyovun rejissorluğu ilə ərsəyə gələn “Zəhər tuluğu” filminin Qala gecəsi keçirilib. Tədbirdə filmin prodüseri və rejissoru Orxan Mərdan, filmin rejissoru və baş rolun ifaçısı Taleh Yüzbəyov, aktyorlar Əlixan Rəcəbov, Ləman Mərrih, Qazaxstanın kino və incəsənət nümayəndələri, Azərbaycanın Qazaxstandakı nümayəndəliyinin üzvləri iştirak edib.
Xatırladaq ki, “Zəhər tuluğu” filminin xarici ölkələrdə satışı və tanıdılması prodüser Orxan Mərdanın təşəbbüsü ilə baş tutub. Prodüser Qazaxstanda baş tutan Qala gecəsindən çox razı qalıb:
“Taleh Yüzbəyovla birlikdə çəkdiyimiz və ölkəmizdə maraqla qarşılanan “Zəhər tuluğu” filminin dünya kino bazarına çıxarılmasında, Azərbaycan kinosunun dünyada təbliğində ilk gündən maraqlıyam. Bununla bağlı təklifləri və təşəbbüsləri dəyərləndiririk. Hazırda film “KinoPark” kinoteatrlar şəbəkəsinin xətti ilə, Qazaxstanın onlarla şəhərində, rus dilində nümayiş olunmağa başlayıb. Bu gün təşkil edilən Qala gecəsi də çox maraqlı və anşlaqla keçdi. “Zəhər tuluğu” ilk Azərbaycan filmidir ki, xarici ölkədə Qala gecəsi keçirilir. Çox qürurluyam ki, Azərbaycan kinosunu dünyaya çıxarmaq təşəbbüsüm uğurlu alındı. Eyni zamanda sevinirəm ki, ölkə xaricində kinoteatrlarda satışa çıxarılan ilk film müstəqil kinomuzu təmsil edir. Bu tədbirin baş tutmasında bizə dəstək olan hər kəsə, xüsusilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Qazaxstandakı nümayəndəliyinə minnətdarlığımı bildirirəm. İlin sonuna kimi filmin bir neçə xarici ölkədə nümayişi gözlənilir. ”
Xatırladaq ki, ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, baş rollarda Taleh Yüzbəyov, Ləman Mərrih, Əlixan Rəcəbov, Nəzakət Heydərova, Cavidan Novruz, Səidə Quliyeva, Rasim Cəfər, Zülfiyyə Qurbanova və Hüsniyyə Mürvətovanın çəkildiyi film pandemiyadan sonra ölkəmizdə böyük rezonans yaratmışdı.
Film Azərbaycanın son dövrlər ən populyar və uğurlu filmlərindən biri hesab olunur. Hazırda əsər “Hər kəs üçün kino” layihəsi çərçivəsində ölkəmizin rayonlarında da nümayiş etdirilir.
sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az