sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Zəngəzurun tarixinə dair yeni kitab hazırlanıb

30/08/2021 - 12:41
A A
Facebookda paylaş

AMEA Tarix institutu Zəngəzurun tarixinə dair bir sıra mühüm nəşrlər hazırlayır.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, artıq Tarix institutu Elmi Şurasının qərarına uyğun olaraq Zəngəzur tarixinə dair unikal mənbə, Zəngəzur mahalının 1832-1833-cü illərə dair kameral təsviri işıq üzü görüb. Bildirilib ki, kameral təsvir Rusiya imperiyası tərəfindən iqtisadi-fiskal məqsədlə aparılan əhali qeydiyyatının bir forması idi.

Qeyd olunub ki, buna baxmayaraq, bu mənbə orada yaşayan əhalinin nəsli şəcərəsinin bərpası, yer adları və digər məsələlər haqqında da məlumat verir. Bir sözlə tarixin bərpasında ciddi rola malikdir.

Həmçinin məlumatda bildirilib ki, 1832-1833-cü illərə aid kameral təsvir Zəngəzurun tarixi Azərbaycan torpaqları olmasını, ermənilərin köçürülməsi nəticəsində əhalinin etno-demoqrafik tərkibində baş verən dəyişiklikləri də izləməyə imkan verir. Kitaba Tarix institutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov ön söz yazıb. Kitabı nəşrə fəlsəfə doktoru Nazir Əhmədli hazırlayıb.

Yaxın vaxtlarda Zəngəzur tarixinə dair yeni nəşrlər də işıq üzü görəcəkdir. /525.az/

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az