sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Zərin Hüseyn. Gatsania – şeirlər
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Zərin Hüseyn. Gatsania – şeirlər

Zərin Hüseyn. Gatsania – şeirlər

Published 09/12/2021
Paylaş

“Gatsania”

 

Gecələr gözəl görsənir

Dərdli, yorğun olanlara.

Yeni yollar açılmırmı,

Kədərindən doyanlara?

 

Mən içimdə arzuları böyüdürəm

Hüzn məni kiçiltdikcə,

Sanki, payız yarpağıyam; soluram incə-incə,

yavaş-yavaş,

Bilirəm: bitməyəcək ölümlə yaşam arasında

Vicdanları sızıldadan zalım savaş…

 

Bu şəhərdə sevinclər

Gatsania çiçəyitək açar qısa zamanlıq,
Bu şəhərdə dünya dolu insan var,

Çox kiçicik insanlıq…

 

“Ruhun fəryadı”

 

Əvvəl ruhum başqaydı,

İncinsəm də, getməzdim.

Hər gün yağış yağsa da,

Mən payıza küsməzdim.

 

İndi ruhum fərqlidir,
Biraz rəngsiz: ağ-qara.

Həyat nələr çəkdirir,

Bircə ömürlük cana.

 

Hər kəs kimi bu ruh da,

Rəngdən-rəngə girəcək.

Hərdən çiçək açacaq,
Hərdən donub öləcək.

 

“Özləmin rəsmi”

 

Göydən həsrət yağır,

gözlərdən yağış,

Sonsuz bir özləmin

rəsmidir payız.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?