Zəngibasar mahalı Qəmərli, İrəvan, Eçmiadzin – Üçkilsə və Türkiyə ərazilərinin əhatəsində yerləşirdi. Ona görə yerləşirdi deyirik ki, indi bu torpaqlar bizim əlimizdə deyildir. Ancaq inanırıq ki, gec-tez biz yenidən о qədim dədə-baba torpaqlarımıza qayıdacağıq. Hələlik о yerlərin həsrətinə göynəyirik.
Zəngibasar mahalında olan XIV əsrin Cəfərabad türbəsi, ауrı-ayrı kəndlərdəki, qoç heykəllər, kurqanlar-təpələr həmin ərazilərin türklərə məxsusluğunu təsdiq edən amillərdir.
Ayrı-ayrı erməni qaynaqları da uzun əsrlər boyu həmin ərazilərdə Azərbaycanlıların hökmranlıq etdiyini vurğulayır. Rus ordusunun cənubi Qafqazda ən güclü müqavimətə rast gəldiyi, dəfələrlə rüsvayçı məğlubiyyətə yaradığı İrəvan xanlığını nəhayət 1827-ci ildə işğal etdi. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında bağlanan Türkmənçay müqaviləsindən sonra bu ərazilər Rusiyanın tərkibinə daxil oldu. Müxtəlif vaxtlarda Qərbi Azərbaycanın digər yerlərində olduğu kimi Zəngibasar mahalının əhalisi də deportasiya və soyqırımı məruz qalmışdır – 1905-1907, 1918-1920, 1948-1953.
1918-20-ci illərdə Zəngibasar əhalisi Naxçıvana, Yevlaxa, Bərdəyə, Ağcabədiyə və digər yerlərdə qaçqın düşmüşdür. Dədə-babalıqla həmin mahalın yetirmələri olan akademik Mustafa bəy Topçubaşovun, akademik Budaq Budaqovun, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universitetinin keçmiş rektoru Yəhya Məmmədovun da ailələri, valideynləri həmin illərin deportasiyasına məruz qalmışdır.
1948-53-cü il deportasiyası – “mədəni köçürülməsi” Zəngibasar – Uluxanlı camaatı üçün çox ağır bir zərbə oldu.
Birinci zərbə ondan ibarət idi ki, 1950-ci ilin avqust ayına kimi Zəngibasarın birinci katibi Azərbaycanlı idi. Qəşəm Şahbazov 1947-50-ci illərdə Zəngibasar rayonun son birinci katibi oldu. Deportasiyanın – azərbaycanlıların köçürülməsi ermənilərin yerləşdirilməsi nəticəsində Azərbaycanlı birinci katib erməni ilə əvəz edildi.
Deportasiyanın ikinci zərbəsi ondan ibarət idi ki, 1950-ci ilə qədər Azərbaycan dili rayonda dövlət dili idi. Əldə olan sənədlər təsdiq edir ki, hər hansı bir plenum və ya dövlət sənədi əvvəlcə Azərbaycanca sonra ermənicə yazılırdı. Deportasiyadan sonra tam əksinə oldu.
1948-53-cü ilin deportasiyasının ən əsas zərbəsi, əgər belə demək mümkündürsə, bir çox Azərbaycanın kəndlərinin ermənilər tərəfindən sözün əsl mənasında zəbt olunması idi. Yaşı bilinməyən tarixdən Azərbaycanlıların yaşamayıb məskunlaşdığı kəndlərdə ermənilər yerləşdirilirdi. Sonralar get-gedə kəndlərin, eləcə də rayonun adı erməniləşməyə başladı. Dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşovun doğulduğu Göy Kümbət kəndi elə 1949-cu ildə adı dəyişdirilərək Getanist qoyuldu. Uluxanlı əvvəlcə, Nərimanlıya, Zəngibasara, Hrazdana sonra Masisə çevrildi. Cəbəçəli 1960-cı ildə Crahövidlə əvəz edildi. Ümumiyyətlə, 1948-53-cü il deportasiyasından sonra Cəbəçəli, Cəfərabad, Hacı Elləz, Xarratlı, Göy Kümbət, ağ Həmzəli, Ağcaqışlaq kəndləri erməniləşdi, Aşağı Necili, Şorlu, Mehmandar, Arbat kəndlərində isə həm Azərbaycanlılar, həm ermənilər yaşamağa başladı. Yəni ermənilərin müxtəlif yerlərdən köçüb gəlməsilə bu kəndlər qarışıqlaşdı.
1984-cü ildə babam- anamın atası Əli Bayramovun Böyük Vətən müharibəsinə getməsi tarixini dəqiq əldə etmək üçün Zəngibasardakı (o zaman artıq Masis adlanırdı) Hərbi arxivə müraciət etməli oldum. Ayrı-ayrı tarixlərdə tutaq ki, 1941-ci ilin avqust, sentyabr, oktyabr aylarında və yaxud 1942-ci ilin yanvar, fevral aylarında rayonun kəndlərindən müharibəyə yola düşənlərin siyahısı verilmişdi. Məsələn, əgər Yuxarı Necilidən bir gündə müharibəyə 8 nəfər, Aşağı Necilidən 10 nəfər yola düşmüşdüsə, Çobankərə və Göy Kümbət kəndlərindən bir gündə 30 nəfər müharibəyə yola düşmüşdü. Şübhəsiz ki, bu həmin kəndlərin böyüklüyünə dəlalət edir. Ancaq 1948-53-cü ilin deportasiyasından sonra bu kəndlərdə azərbaycanlıların izi-tozu da qalmadı. 1988-ci ilə kimi yəni azərbaycanlıların son deportasiya və soyqırıma məruz qaldığı vaxta qədər bir söz işlənirdi. Çobeнkurinskaya zastava.
Bəli, akademik Budaq Budaqovun dünyaya göz açdığı Çobankərə kəndinin əhalisinin müəyyən bir qismi Naxçıvana, böyük bir qismi isə Ağcabədiyə köçürüldü.
Göykümbət əhalisinin səsi isə Azərbaycanın ayrı-ayrı bölgələrindən, о cümlədən Bakı şəhərindən gəlməyə başladı. Qeyd etdiyimiz kimi, bu mahalda ayrı-ayrı, kəndlərdə tarixi abidələr mövcud idi. Zəngilər və Zəhmət kəndlərindəki qəbristanlıqlarda olan çox heykəllər, Dəmirçi, Yuxarı Necili, Zəngibasar kəndlərinin ərazilərində olan Kurqanlar-Təpələrlə yanaşı Cəfərabad kəndindəki Türbənin və Həbilkənd, sonralar heç izi-tozu da qalmayan Qulucan kəndlərinin yaxınlığındakı Ağadədə qəbirstanlığının adlarını xüsusi çəkmək lazım gəlir.
İrəvanın lap yaxınlığında yerləşən Hədəriboy kəndindəki (sonralar ermənilər onu Arçavand adlandırmışdılar) Uca səkküyüzlü bu türbə əldə olan məlumatlara görə XIV əsrdə qəbilə başçısı olmuş. Cəfərin şərəfinə belə adlandırılmışdır. Bəzi mənbələrdə Cəfərabad türbəsi XIII əsr tarixi abidəsi kimi də təqdim olunmuşdur. Ağadədə qəbirstanlığı isə sanki Taras Şevçenkonun məşhur “vəsiyyət” şeirini xatırladırdı.
Mən öləndə məni dəfn edərsiniz,
Əziz Ukraynanın geniş çölündə,
Elə-bir yerdə ki, ucsuz-bucaqsız
Torpaqlar görünsün qəbrim onündə.
Zəngi çayı Ağadədə qəbirstanlığının divarlarına baş vura-vura ağır, qarşıda isə daima başıqarlı, əzəmətli Ağrı dağı dururdu. Ağadədə qəbirstanlığından ətrafdakı Azərbaycanlı kəndləri – Zəngibasar, Sarvanlar, Həbilkənd, Rəncbər, Seyid kəndin torpaqları, çölləri görünürdü, о yerlərdə deyildi kimi, Kövşənləri görünürdü.
Ağadədə barəsində müxtəlif rəvayətlər söyləyirdilər. Rəvayətlərin birində deyilirdi ki, indiki Cənubi Azərbaycandan bir nəfər ağır seyid bu yerlərə tez-tez ticarətə gəlirdi. Bir gün yenə həmin Seyid ticarətə gələrkən burada dünyasını dəyişir. Onu necə bir qəribə hörmət kimi elin camaatı ağır, əziz şəkildə həmin yerdə dəfn edir. Müəyyən müddət keçir seyidin qızı gəlir atasını soruşur. Camaat onun qəbrini qızına göstərirlər. Qız qəbri görən kimi – “Ay mənim Ağa Dədəm” – deyib qəbrin üstünə diz çöküb ağlayır. O zamandan camaat bu yeri “Ağa Dədə” adlandırmağa başlayır.
İndi isə bu ərazinin mərkəzi Uluxanlıya qayıdaq.
Belə rəvayət edirlər ki, bu yerlərdə Araz sahillərində iki qardaş yaşayırmış: Şərif xan və Ulu xan. Ulu xan adını tarixdə əbədiləşdirmək məqsədilə bir kənd saldırmaq istəyir. Həmin kənd sonralar Ulu xanın adı ilə bağlı Uluxanlı adlanmağa başlayır.
Ümumiyyətlə, bu yerlərdə varlı adamların adı ilə əlaqədar yaranmış kəndlərə az da olsa təsadüf olunur. Hacı Elyas, Ağ Həmzəli, Rəhimabad, Cəfərabad, Qara Həmzəli.
Onu da xatırlatmaq lazımdır ki, bu yerlərdə istər kənd, istər çay, istərsə də mənə adlarının, toponimlərin hamısı Azərbaycan-türk sözləridir.
Keçmiş İrəvan xanlığı ərazisində bir sıra adlara XI əsrin məşhur alimi Mahmud Kaşğarinin “Lüğət-it-divani-türk” əsərində də rast gəlmək olur.
Qəmərli (sonralar Artaşat rayona) rayonunda Yuva kəndi, Vedi rayonundakı Əfşar, yenə Qəmərlidəki, Bayburd kənd, Qaraqoyunlu, Muqanlı kəndləri, Gümrü (sonralar Leninakan) yaxınlığındakı Bayandur kəndi, Qarakilsədəki (sonralar Kirovakan) Bayat kəndi son vaxtlaradək öz adlarını qoruyub saxlamışdır. Bəs aşıq sənətinin sələfi ozanın bu günə çatmış izi. Kotayk rayonundakı Ozanlar kəndi?
Xalqın tarixində ayrı-ayrı sənətkarlar, igidlər mənsub olduğu qəbilənin adını özlərinə təxəllüs götürmüşlər: Bayat Abbas, Ustaçlu Məhəmməd, Nadir Şah Əfşari.
Ancaq görünür qəbilə başçıları yaxud onun içərisindən çıxan varlı adamlar öz adlarını tarixdə əbədiləşdirmək məqsədi ilə obalar, kəndlər saldırmışdı. Bu mahalda belə kəndlər az deyildir. Hacı Elyas, Rəhmabid, Ağ Həmzəli, Cəfərabad bir də hamısından məhşuru Uluxanlı.
Uluxanlı, belə söyləyirlər ki, sonralar Zəngi çayının damıb su basması ilə eni qədər Zəngibasar adlanmışdı.
Uluxanlıdan danışarkən onun məktəbindən xüsusi bəhs etmək lazım gəlir. Bu məktəb İrəvan quberniyasında ilk yeni tipli məktəblərdən idi. “Кавказский календар” məcmuəsindən 1892-ci il tarixli nömrəsində göstərilir ki, Uluxanlı məktəbinin əsası 1881-ci ildə qoyulub. Yeri gəlmişkən onu da xatırlatmaq lazımdır ki, İrəvan Müəllimlər Seminariyası və İrəvan gimnaziyasının əsası da 1881-ci ildə qoyulmuşdu. Həmin iki sinif olan bu məktəbdə 31 şagird təhsil alırdı. Məşədi İbrahim Hüseyn oğlu Hüseynov məktəbin fəxri nəzarətçisi, Molla Axund Hacı Məşhədi Hüseynov şəriət müəllimi, Rəhim Musarza oğlu Xəlilov müəllim idilər.
1900-cü ilin “Кавказский календарь” məcmuəsindən bəlli olur ki, Uluxanlı məktəbində əvvəlki heyət tamamilə dəyişdirilmişdir. Həmin məcmuənin 335-ci səhifəsində Rəhim Xəlilov hәm də İrəvan Müəllimlər Seminariyasının müəllimi kimi təqdim olunur. R.Xəlilov özünü layiqli müəllim kimi təsdiq etdikdən bir müddət sonra İrəvan Müəllimlər Seminariyasına dəvət olunmuşdu. İkisinifli Uluxanlı məktəbində Odey Tahirov və Kələntar Kələntarov fəxrı nəzarətçi (блюститель – bəlkə də fəxri himayəti – Ə.Z.), Molla Axund Hacı Molla Vəli Məmməd Əli oğlu şəriət müəllimi, Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev isə nəzarətçi kimi fəaliyyət göstərirdilər.
Burada bir məsələni xüsusi qeyd etmək lazım gəlir: biz burada “почетный блюститель, смотрь” sözlərini fəxri nəzarətçi, nəzarətçi yaxud himayəçi kimi tərcümə etdik. Şübhəsiz ki, həmin vəzifələr bu günün baxımından məktəbin, təsisçisi, məktəb müdiri və s. vəzifə daşıyan sözlər kimi başa düşülməlidir.
Məktəbin fəaliyyətin dairəsi get-gedə genişlənməyə başlayır. 1904-cü ilin “Кавказский календарь” məcmuəsindən bəlli olur ki, artıq Uluxanlı məktəbində 63 şagird təhsil alır. Məmməd bəy Qazıyev isə məktəbin müdiridir.
Qori seminariyasını yenicə bitirmiş gələcəyin böyük ədibi Cəlil Məmmədquluzadə də fəaliyyətinə 1887-ci ildə məhz Uluxanlı məktəbində başlamışdı.
Verilən məlumata görə Mirzə Zeynalabdın Rzayev Mirzə Cəlilin şagirdlərindən olmuşdu. O, sonra İrəvan gimnaziyasını bitirmiş, dövrünün ağıllı, savadlı ziyalılardan idi. Uluxanlı məktəbi istər mənəvi, istərsə də maddi aclıqdan keçərək öz işıqlı yolunu davam etdirirdi. İrəvan gimnaziyasını bitirən məzunlar Uluxanlı məktəbin inkişafında mühüm rol oynadılar. Gimnaziyanı bitirmiş Qədim Əliyev Məmmədbağır uzun illər məktəbdə müəllimlik etdi və bir çox istedadlı şagirdlər yetirdi.
1918-ci il avqust ayının 6-da hər İrəvan Müəllimlər Seminariyasını, hәm də İrəvan Gimnaziyası, həm də Uluxanlı məktəbi bağlandı. 1920-ci ildən Uluxanlı məktəbi yenidən fəaliyyətə başlasa da, ancaq İrəvan Müəllimlər Seminariyası, nə də İrəvan Gimnaziyası bundan sonra bir daha fəaliyyət göstərmədi.
1920-ci ildən sonra elmin, mədəniyyətinin inkişafı üçün geniş imkanlar açıldı. 1924-cü ildə İrəvan pedaqoji texnikumunun fəaliyyət göstərməsi Uluxanın üfiqlərini genişləndirdi. Məktəbin müəllimlərinin böyük bir qismi, о cümlədən Əsəd Məmmədov, Əli Xəlilov, Tamara Axundova, Əsgər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov, Əli Qədiməliyev, Cəfər Məmmədov, Əliqulu Səlimov, Heydər Nağıyev, Əkbər Əliyev İrəvan pedaqoji məktəbınin məzunları idi. Demək lazımdır ki, yuxarıda adlan çəkilən il iki şəxsə 1928-30-cu illərdə İrəvan pedaqoji texnikumunda işləmiş, gələcəyin böyük elm xadimi, akademik Yusif Məmmədəliyev dərs demişdi.
Y.Məmmədəliyev texnikumda təzə işə başlayanda burada Qriqoryan familiyalı riyaziyyat müəllimi işləyirdi. Riyaziyyatı yaxşı bilən Qriqoryanda qəribə bir xasiyyət vardı. O, təzə gələn müəllimlərə çətin bir məsələ verib, gücünü göstərirdi. Müəllim isə baş sındırıb, iki-üç günə onun cavabını tapa bilməzdi. O, ənənəsinə sadiq qalaraq gənc – təxminən 23 yaşlı Y.Məmmədəliyevə də “qəliz” bir məsələ verir. Ancaq onun gözlədiyi kimi olmur. Gənc müəllim əlindəcə məsələyə baxır və cavabını deyir. Qriqoryan əlini Y.Məmmədəliyevin kürəyinə vuraraq: “Əhsən! Vaxt gələr, xalqın səninlə fəxr edər. Ancaq nə qədər ki, siz işləyirsiniz, mən burda qalmayacağam” – deyib texnikumu tərk edir. Y.Məmmədəliyev isə təkcə Azərbaycan xalqının deyil, keçmiş Sovet elinin fəxri oldu. SSRİ EA-nın müxbir üzvü, stapin mükafatı laureatı, Respublikanın ilk akademiklərindən biri, Azərbaycan EA-nın prezidenti.
30-cu illərdən başlayaraq Uluxanlıda ali təhsilli ziyalılar yetişməyə başladı. Məmməd Rzayev 1936-cı ildə İrəvan Dövlət Universitetini emrənicə bitirmişdi. Heydərqulu Quliyev, Əsəd Məmmədov, Heydərqulu Salmanov Bakıda ali təhsil almışdılar.
Uluxanlının ədəbi-mədəni mühiti də maraqlı və çoxşaxəli idi. Məşhədi Heydər İsmayılov, Abbasəli Səlimov Uluxanlıda yetişən şairlərdən idi. 1937-ci ildə represiyaya uğramış Məşhədi Heydər 10 il sürgündə olandan sonra Ağsuya qayıtmış, orada vəfat etmişdir. Məşhədi Heydər “Vahid” təxəllüsüylə şeirlər yazmış və xüsusilə onun “Afət qara gözlər’ qəzəli indiki yaşlı nəslinin hafizəsində yaşayır. İndi isə həmin qəzəli oxucuların mühakiməsinə vermək istəyirik. Xatırladaq ki, bu qəzəli Ramazan Cəlilov və yoldaşı Mərziyyə müəllimədən. İbrahim Xəlilov və həyat yoldaşı Səriyyə müəllimədən parakəndə halda toplamışıq.
Məşədi Heydər “Vahid”
Afət qara gözlər…
Avarə qalıb könlümü Afət qara gözlər.
Etdikcə mənə qəmzə-məlahət qara gözlər.
Süzdükcə məni ərşdə səyyarə süzən tək
Tutdu ciyərim nari-şərarət qara gözlər.
Könlüm quşunu kəndinə tabe əsir etdin
Saldın qəfəsin küncünə həsrət qara gözlər.
Pəjmürdə sifət olmağımın varmı günahı
Sanmış məni bu hal ilə ülfət qara gözlər.
Sənan kimi daim bimuz çoban ollam
Qılsın mənə bir cüzi məhəbbət, qara gözlər.
Baxdıqca gözlərinə əmr verir qətlimə forman
Bu əmrə razı olmaz heç bir şəriət qara gözlər.
Еу badi soba, söylə, о yarə can verirəm ki,
Qalsın məndən sonra daha rahət qara gözlər.
Bel bağlama but suxi müsəlmanlara Vahid
Bəxtimi bundan deyəsən bəxt qara gözlər.
Qeyd etmək lazımdır ki, təkcə Uluxanlı deyil, ümumiyyətlə, İrəvan ədəbi mühitinin tədqiq edilməməsi çox acınacaqlı haldır. Vaxtıyla İrəvan müəllimlər seminariyasında dərs demiş “Firudin bəy Köçərli İrəvan şairlərindən danışarkən’ “Bəzmi’ təxəllüsü ilə yazan İsmayıl Hacı Kazımzadənin (1846-1888), əsərlərini “Əkinçi” qəzetində “Sabir” təxəllüsü ilə nəşr etdirən Hacı Seyid Rza Əmirzadənin (?-1906), “Ləli” təxəllüslü Mirzə Əlixan Şəmsül Hükəminin (1845-1907) adlarını çəkir. O, yazır ki, Mirzə Abbasın verdiyi məlumata görə “Mütəlle” təxəllüslü Mirzə Abbas Qazi Əsgərzadəni Əhməd Axundovun (1832-1892) beş cilddən ibarət kitabı çıxmışdı. Mirzə Abbasın özü də “Zari” təxəllüsü ilə şeirlər yazmışdı.
Bəs İrəvanda fəaliyyət göstərmiş rus məktəbi, İrəvan müəllimlər seminariyası, İrəvan gimnaziyası.
Yaxud folkloru? Belə söyləyirlər ki, İrəvan xanı Pənah xan bir gün sübh çağı bazarı gəzməyə çıxır. Abarandan gəlmiş bir kəndli yumurta gətirmişdi. Birdən xanın arxalığı səbətə dəyir, onu çevirir və yumurtalar sınır. Kəndli xanı yerə yıxıb vurmağa başlayır. O, xanı vurduqca, “a gədə də məni vurma, mən xanam deyir”. Bunu görən camaat yaxınlaşıb deyir ki, о xandır, indi onun adamları səni xəncərlə tikə-tikə edərlər. Bunu eşidən kəndli qaçmağa başlayır. Xan deyir ki, onu tutun gətirin. Kəndlini xanın hüzuruna gətirirlər. Xan yumurtaların sayını və qiymətini öyrəndikdən sonra, çıxarıb ikiqat pulunu verib kəndlini yola salır.
Bir sözlə İrəvan ədəbi mühitini tədqiq etmək lazımdır. Yox ki, onun vaxtı çatmamışdır, hələ xeyli gecikmişdi. Heç olmasa ziyanının yarısından da qayıtmaq xeyirdir.
Uluxanlıda gözəl səsə malik müğənnilər də var idi. Hüseyn Səlimov, Əli Quliyev, Əhməd Sadıqov, Səfər Musayev, Heydər Qafarov bütün mahalda tanınırdılar. 1940-cı illərdə Xan Şuşinski İrəvana konsert verməyə gələrkən yerli müğənlilər adından Əli Quliyev oxumuşdu.
Zəngibasarın yaşlı nəsili onu da söyləyir ki, Xan Şuşinski, 40-cı illərdə bir gün Uluxanlıda – Zəngibasarda konsert verərkən soruşur ki, burada Hüseyn Səlimov adında bir oxuyan var idi, indi о haradadır? Cavab verirlər ki, о artıq bir neçə ildir Zaqataladadır – daha dəqiqi Balakəndə idi.
Zəngibasarın – Uluxanlının yaşlı nəsili onu da tez-tez vurğulayırdı ki, Xan Şuşinski deyirmiş; Əgər Hüseyn Səlimov oxumağını davam etdirsəydi, mən xanlığımı itirərdim.
Bir gün Hüseyn Səlimov Gümrüyə satmaq üçün yemiş aparır. Üç-dörd gün keçir, yemiş alınmır ki, alınmır. H.Səlimov əlini qulağının dalına aparıb, səsini işə salır. Bazardakı adamlar onun başına yığışır. Hamı bır-birinə deyir ki, belə səsi olanın da yemişi qalar? Hər kəs bir-iki yemiş alıb aparır və beləliklə, H.Səlimov yemişi satıb qurtarır. Bəli, Uluxanlı belə, Uluxanlı idi. Zəngi çayının daşıb Uluxanlını basması ilə əlaqədar bu ad sıxışdırılıb aradan çıxarıldı, onu Zəngibasar əvəz etdi. Zəngibasar məktəbində getdikcə ali təhsillilərin sayı artmağa başladı. Onların bəziləri 1936-cı ildə açılmış İrəvan Dövlət Pedaqoji institutunun Azərbaycan şöbələrini, bəziləri isə Bakıda ali məktəbi bitirmişdi. Demək lazımdır ki, uzun müddət ətraf kəndlərin Aşağı Necili (sonrakı Sayat Nova), Yuxarı Nekcili (Nizami), Zəngilər, Şorlu (Daştavan), Çobankərə, Mehmandar (Hövtuskat), Qaraqışlaq (Dostluq), Sarvanlar və s. məktəblərin müəllimlərinin əksəriyyəti Zəngibasardan idi.
Və yaxud uzun illər ətraf kəndlərin 8 illik (əvvəllər 7 illik idi – Ə.Z.) məktəblərini bitirən şagirdlər orta məktəbi Zəngibasarda tamamlayırdı. Çünki rayonda cəmi iki orta məktəb vardı – Zəngibasarda və Qaraqışlaqda 7-8 kəndin 8 illik məktəbini bitirmiş ən yaxşı oxuyanları burada təhsillərini davam etdirirdilər. O zaman məsələn, 60-cı illərdə Zəngibasar məktəbində oxumaq hər hansı institutunda oxumaqdan çətin idi. 9-cu sinfə 100-110 şagird gələrdi. 10-cu sinfi isə 60-62 nəfər bitirərdi. Bu sətirlərin müəllifi də Zəngibasar məktəbini bitirmişdi. Bu gün də axınıyla о məktəbdə dərs deyən müəllimləri minnətdarlıq hissilə xatırlayıram. Məktəbin direktoru Ə.Məmmədovu, müavinləri İ.İsmayılovu, Ə.Mehdiyevi, müəllimlərdən A.Musayevi, Sənan və Sərvət Qədiməliyev qardaşlarını, İdris və Zeynalabdin Məsimov qardaşlarını. M.Nəsirovu, Əli İsmayılovu, K.Teyyubovu, R.Teyyubovanı, E.Əhmədovu, H.Həsənovu, M.Əliyevanı, A.Qurbanovu.
Ayrı-ayrı vaxtlarda Mirzə Əsgərzadə, Hüseyn Məmmədov, Hacı Məhərrəmov, Məmməd Qəmbərov, Abbasəli Hüseynov, Ələmdar Rəhimov, Lətif Hüseynov, Zərifə Babayeva, Əsəd Məmmədov, İbrahim Xəlilov, Əjdər Kazımov, İsmayil İsmayılov, Sənan Qədiməliyev məktəbin direktoru olmuşlar (bu siyahını bizə vermiş keçmiş ədəbiyyat müəllimim, məktəb direktorum Qadir Məmmədova dərin təşəkkürümü bildirirəm).
Bu direktorlardan üçünü xüsusi vurğulamaq istəyirəm.
Hüseyn Teymur oğlu Məmmədov. Əslən Zəngibasardan olan Məmmədov sıravi müəllimlikdən məktəb direktorluğundan ən məsul dövlət vəzifələrinə qədər yüksəlmişdir. O, Zəngibasar, Vedibasar, Amasiya rayonlarının birinci katibi, Ermənistan Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışmış, dəfələrlə Ermənistan SSR Ali Sovetinin deputatı seçilmişdir. Əsəd Qəmbər oğlu Məmmədov. Uca boy, enlikürək, çox səbrli, olduqca cəsarətli bir insan idi. İxtisasçı kimyaçı olan Ə.Məmmədov erməni dilini çox gözəl bilirdi. Çox şirin bir dillə tərcümələr etmişdir. Hədsiz dərəcədə savada malik idi.
İbrahim Heydər oğlu Xəlilov. Uca boy, düz qamətə malik bu insan söhbət edərkən tez-tez əllərini saçlarına aparardı, onu arxaya sığallayırdı. Geniş dünyagörüşə malik idi. Gözəl şeirlər yazan, neçə-neçə oçerkin, publisistik məqalənin müəllifi olan İ.Xəlilova ən çox şöhrət qazandıran şərikli yazdığı “Ermənicə-Azərbaycanca lüğət” kitabı idi. O, Qərbi Azərbaycandakı nə qədər kəndləri gəzib, oymaq-oymaq dolaşıb atalar sözlərini toplayıb nəşr etdirmişdi.
Zəngibasar məktəbinin bir sıra məzunu müxtəlif vaxtlarda qızıl medala layiq görülmüşdü. Məktəbi ilk qızıl medalla bitirən (1949) Teymur Əhmədov hazırda filologiya elmləri doktoru, professor, Azərbaycan EA Ədəbiyyat institutunun Cənubi Azərbaycan, Ədəbiyyatı şöbəsinin müdiri, Respublika qəzetinin baş redaktorudur. Məktəbin qızıl medalçılanndan Firudin Xəlilov fizika-riyaziyyat elmləri doktoru, Maral Mirzəyeva, Güməkin Qədiməliyeva, Mahirə Qasımova həkim, Hidayət Əliyev, Heydər Quliyev mühəndisdirlər.
Zəngibasar məktəbi həmişə özünün yetirdiyi tanınmış məzunlarıyla fəxr etmişdir. Kimya elmləri doktorları Zakir Rzayev, Abbas Quliyev, tibb elmləri doktoru, prof. Maqsud Qasımov, fizika-riyaziyyat elmləri namizədləri Səttar Axundov, Firudin Nəcəfov, Əli Əliyev, tibb elmləri namizədləri Rəhim Teyyubov, Oruc İsmayılov və başqaları Zəngibasar məktəbinin yetirmələridir. Ermənistan Ali Sovetinin keçmiş sədr müavini, Amasiya rayonunun birinci katibi, “Sovet Ermənistanı” qəzetinin baş redaktoru vəzifələrində çalışmış, dəfələrlə Ermənistanın Ali Sovetinin deputatı seçilmiş, filologiya elmləri namizədi Məhərrəm Bayramov da bu məktəbi bitirmişdir. İndi isə biz vaxtıyla mərhum Nurəddin İbrahımovun təqdim etdiyi siyahıya müəyyən düzəlişlər əsasında Zəngibasar mahalının yetirdiyi alimlərin siyahısını təqdim edirik:
Zəngibasar (Masas) rayonu
Azərbaycan МЕА-nın akademiki
Topçubaşov Mustafa Ağa oğlu – akademik, tibb e.d., Göykümbət kəndi
Budaqov Budaq Əbdüləli oğlu – akademik, coğ.e.d., Çobankərə k.
Azərbaycan MEA-nın müxbir üzvü
Məmmədov Yəhya Cəfər oğlu – müxbir üzvü, f/r.e.d. Azərbaycan Dövlət Mükafatı Laureatı, Çobankərə k.
Salmanov Məmməd Əhəd oğlu – müxbir üzvü, biol.e.d., prof. Qaraqışlaq k.
Əkbərov Surxay Cabbar oğlu – müxbir üzvü, f/r.e.d. Zəhmət kəndi
Qasımov Masud Səfər oğlu – tibb e.d., professor, Zəngilər k.
Ələkbərov Yunis Əkbər oğlu – bay.e.d. Dəmirçi k.
Əsgərov Telman Mirzə oğlu – tex.e.d., professor, Arbat k.
Əhmədov Teymur Əkbər oğlu – fil.e.d. Uluxanlı k.
Yusifli Şəfıqə Vəli qızı – fil.e.d., Zəngilər k.
Məsimov Adil Kərim oğlu – fəl.e.d., Hacıelləz k.
Rzayev Zakir Məhəmməd oğlu – k.e.d., Uluxanlı k.
Fərhadov Fərhad Qulam oğlu – fil.e.d., professor, Rəncbər k.
Xəlilov Firudin Xəlil oğlu – tex.e.d., Uluxanlı k.
Hacıyev Cəfər Xəndan Zeynal oğlu – fil.e.d., professor, Ağhəm- zeli k.
Şükürov Sadıq Cəfər oğlu – fil.e.d., professor, Zəhmət k.
Zeynalov Əsgər Məmməd oğlu – fil.e.d., professor, Yuxarı Necili kəndi
Bağırov Məmmədbağır Adil oğlu – tibb e.d., professor, Yuxari Necili kəndi
Məmmədov İsfəndiyar Məmmədhüseyn oğlu – p.e.d., professor, Zəhmət k.
Məmmədova Gülçöhrə Hüseyn qızı – mem.e.d.professor, Zəngibasar kəndi
İsmayılov Raufjsmayıl oğlu – fil.e.d. professor, əməkdar elm xadimi, Qaraqışlaq kəndi
Elmlər namizədləri
Abbasov Əli İsmayıl oğlu – tibb e.n., Zəngilər k.
Abbasov Naiq Həsən oğiu – k./t. e.n., Qaraqışlaq k.
Abbasov Cəmşid Abbas oğlu – f./r.e.n., Zəngilər k.
Abbasov Şura İsmayıl oğlu – fil.e.n., Qaraqışlaq k.
Abdullayev Əhməd İsmayıl oğlu – t.e.n., Uluxanlı k.
Abdullayev Mahmud Əli oğlu – tex.e.n., Arbat k.
Allahverdiyev Cəlal Vaqif oğlu – f.e.n., Yuxarı Necili k.
Axundov Səttar Əbdüləli oğlu – f./r.e.n., Aşağı Necili k.
Babayev Əbdül Qulu oğla – fəl.e.n. Rəncbər k.
Babayeva Svetlana Əyyub qızı – f./r.e.n., Kolandı k.
Babayev Faiq Səməd oğlu – fıl.e.n., Zəhmət k.
Bağırov Adil Mşəmməd oğlu – tex.e.n., Yuxarı Necili k.
Bağırova Göyərçin Kamran qızı p.e.n., Zəngilər k.
Bayramov Məhərrəm Bağır oğlu – fıl.e.n. Aşağı Necili k.
Bayramov Rafıq Rza oğlu – t.e.n., Qaraqışlaq k.
Vəliyev Zaman Mahmud oğlu – fil.e.n.,Xaraba Kolanlı k.
Vəliyev Nəriman Adil oğlu -coğ.e.n., professor, Çobankərə k.
Qasımov Tofiq Qasım oğlu – f.e.n., Çobankərə k.
Qasımov Fuad Qasım oğlu – t.e.n., Çobankərə k.
Quliyev Abbas Məmməd oğlu – k.e.n. Uluxanlı k.
Əzizov Əyyub Teymur oğlu – tibb e.n. Mehmandar k.
Əliyev Əli Əkbər oğlu – f./r. e.n. Sərvanlar k.
Əliyev İslam Əziz oğlu – biol.e.n. Qaraqışlaq k.
Əliyev Tofiq Abbasəli oğlu – k.e.n. Çobankərə k.
Əliyev Hafiz Əli oğlu – tex.e.n., Zəngilər k.
Əliyev Hüseyn Ramazan oğlu – k./t.e.n. Mehmandar k.
Əliyeva Şücaət Əli qızı – tibb e.n. Yuxarı Necili кk
Əsgərov Kamil Məmmədəli oğlu – k./t.e.n. Mehmandar k.
Əhmodov Ələmdar Paşa oğlu – fəl.e.n. Uluxanlı k.
İbrahimov İbrahim Hacıabdulla oğlu – f./r. e.n. Mehmandar k.
İbrahimov Cəlil Hacıcəfər oğlu – fil.e.n. Çobankərə k.
İsmayılov Oruc Bayram oğlu – tibb e.n. Uluxanlı k.
Mehdiyeva Gülnarə Firudin qızı – f/r.e.n.Yuxarı Necili k.
Məmmədova Asiya Hüseyn qızı – tibb e.n. Uluxanh k.
Məmmədov Məsim ibrahim oğlu – fil.e.n. Zəhmət k.
Məmmədov Kamil Rza oğlu – k./t.e.n. Çobankərə k.
Məmmədov Səyyad Zeynalabdin oğlu -fəl.e.n. Mehmandar k.
Məmmədov Vaqif Əli oğlu – coğ.e.n. Sərvanlar k.
Məmmədov Nuru Zeynalabdin oğlu -t.e.n. Aşağı Necili k.
Məmmədov Paşa Cəfər oğlu – tibb e.n. Çobankərə k.
Məmmədov Fərrux Məmməd oğlu -biol.e.n. Zəngilər k.
Musayev Xasay lbrahim oğlu – tex.e.n. Saraclı k.
Novruzov Novruz Xəlil oğlu – fəl.e.n. Aşağı Necili k.
Orucov Ziyəddin Aşo oğlu – psix.e.n. Rəncbər k.
Rəhimov Abbas Sultanəli oğlu – fil.e.n. Zəngilər k.
Rzayev Orucəli Hüseynqulu oğlu – f./r. e.n. Zəngilər k.
Səfərov Sabir Xəlil oğlu – fəl.e.n. Zəhmət k.
Tağıyev Nizami Əli oğlu – bay.e.n. Aşağı Necili k.
Teyibov Rəhim Abbas oğlu – ti.. e.n. Uluxanlı k.
Həsənov Əli Cabbar oğlu – f./r. e.n. Zəhmət k.
Hüseynov İsrfail Əli oğlu – k.e.n Zəhmət k.
Hüseynov Məmməd Əli oğlu – p.e.n. Zəhmət k.
Hüseynov Firudin Cəfər oğlu – f./r. e.n. Uluxanlı k.
Cəfərova Afaq Məmmədəli qızı – sənətşünaslıq namizədi, Aşağı Necili k.
Cəfərov Şaban Məmmədkərim oğlu – k./k.e.n. Dəmirçi k.
Cümşüdov Firudin Həsən oğlu – t.e.n. Zəhmət k.
Şükürzadə İsmayıl Qafar oğlu – t.e.n. Zəhmət k.
Qasımov Cahangir Lətif oğlu -t.e.n. Yuxarı Necili k.
Məmmədova Sefıl Akif qızı – biol.e.n. Yuxarı Necili k.
Bayramov Nizami səttar oğlu – f/r.e.n. Aşağı Necili k.
Heydərov Bayram Mirabbas oğlu – f/r. E.n. Dəmirçi k.
Orucov Heydər Oruc oğlu – fil.e.n. Qaraqışlaq k.
Cəfərov Heydər Allahyar oğlu – fıl.e.n. Mehmandar k.
Onu da vurğulamaq lazımdır ki, Zəngibasar mahalı Sahil Ələmdar oğlu Məmmədov (Yuxarı Necili), Eldar Xəlil oğlu Xəlilov (Zəngilər), Kortoğlu İsmayıl oğlu Rəhimov (Rəncbər) kimi Azərbaycanın Milli Qəhrəmanlarını yetirmişdir.
…1988 ci-il 17-18 iyun hadisələri… Erməni saqqallıları azərbaycanlı kəndlərinə hücum etdilər. İlk zərbəni rayonun mərkəzində Zəngibasar Azərbaycanlıları aldı. Evlər yandırıldı, talan edildi. 20-dək lazımdır ki, 1918-ci ildə də Zəngibasar talan edilmişdi. Son vaxtlara qədər də bir ifadə tez-tez işlənirdi: “Zəngibasar talanı deyil ki?” Uzun illər Yuxarı Necili kənd məktəbinin direktoru olmuş Qadir Məmmədovun evini üç dəfə talan etdilər, heç bir şey qalmadı. Zəngibasarm son məktəb direktoru Sənan Qədiməliyevi vəhşi kimi döyərək ölümcül və- ziyyətə saldılar. Həmin ili Zəngibasar məktəbinin şagirdlərl heç bir ali məktəbə sənədlərini verə bilmədilər. Çünki imtahan yanmçıq qaldı. Sonralar gəlib imtahanları bir-bir verib attestat aldılar.
…1988 – ci il sentyabrm biri… Ölkənin bütün məktəblərində yem dərs ili başlayır. Hər yerdə qayğıslz uşaqlann şən qəhqəhəsi. Yalnız bir məktəbdən başaqa. Bu Zəngibasar məktəbi idi. О döyüşlərdə övladım itirmiş ananı xatırladırdı. Onun nə siniflərindən, nə də həyətindən səs-səmir gəlmirdi. Ulu Mirzə Cəlilin dərs dediyi tədris ilindən bir əsr sonra Zəngibasar məktəbi sözün əsl mənasında süquta uğradı. O, indi uzun illər boyu qoynunda, bəslənib böyümüş, təhsil almış məzunlarının işlərində, əməllərində, bir də xatirələrində yaşayır. Məktəbin ömrü artıq tarixə yazıldı. Bir türk mahnısında deyildiyi kimi: “Bir də о ötən günlər, xatirələrdə qaldı”…
Son söz. Zəngibasar mahalı, onun məktəbilə bağlı deyiləcək sözlər çoxdur. Yəqin ki, yenidən, dönə-dönə bu mövzuya qayıdılacaq. Ancaq iki məsələni vurğulamaq lazım gəlir.
Birinci, 1988-ci ildə Qarabağ hadisələri başlayandan sonra Zəngibasar mahalının əhalisi Naxçıvana, Şəmkirə, Tovuza, Gəncəyə, Goranboya, Minğəçevirə, Tərtərə, Sumqayıta, Bakıya və Azərbaycanın digər bölgələrinə məcburi surətdə köçkün və ya qaçqın düşdü.
İkincisi, yurd həsrəti bu insanları heç zaman tərk etmir. Onların qəlbində bir inam işığı yanır: “Biz о yerlərə qayı dacağıq”.
Əsgər Zeynalov,
Filologiya elmləri doktoru, professor