sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Azərbaycanın ilk instaqram jurnalı – “Karusel”
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > Azərbaycanın ilk instaqram jurnalı – “Karusel”

Azərbaycanın ilk instaqram jurnalı – “Karusel”

Published 30/06/2020
Paylaş

İyulun birindən yazıçı Sahilə Yayanın baş redaktorluğu ilə Azərbaycanın ilk instaqram jurnalı “Karusel” fəaliyyətə başlayır.

Jurnal Azərbaycan və Rus dillərində ədəbi-psixoloji analizlərlə zəngin olan qısa məqalələrin paylaşımı şəklində formalaşır. Jurnalla əməkdaşlıq edən müəlliflər arasında ölkənin üzdə olan imzalarını görmək mümkündür.

“Pandemiya, insanların gərgin psixoloji durumu fonunda cəmiyyəti biblio-kitab terapiyası vasitəsilə sağlam saxlamağı hədəfləmişik. Hay-küydən uzaq, insanlara həqiqətən mənəvi dəstək ola biləcək bir məkan yaratdığımıza inanırıq. Biz insanlara ədəbiyyata, incəsənətə ehtiyacları olduğunu anlatmaq istəyirik.” – Bu sözləri jurnalın təsisçisi Sahilə Yaya bildirib.

İnsta-jurnalda hazırda məşhur olan ədəbi tendensiyalar, Azərbaycanda tanınmasalar da, dünyada olduqca çox oxunan yazarların, eləcə də ədəbi -psixoloji tendensiyaların müzakirəsi, tərcümələr, eyni zamanda, yerli yazarların unikal yanaşmaları yer alacaq.

Gələcəkdə jurnalın kağız formatda da ərsəyə gəlməsinə çalışacağını deyən Sahilə Yaya dəstək üçün bir çox şirkətlə danışıqlar apardığını, hazırda minimal maliyyə tələbatlarını ödəmək üçün jurnalın ianə sistemini açıq saxladıqlarını bildirib. “Dünyada bu tərz jurnalların saxlanması üçün yardımlaşma prinsipi yayğındır. Cəmiyyət ona faydalı olan resursları müstəqil saxlamaq istədiyindən, bu cür jurnallara ianə göndərməklə, reklam yerləşimlərinin çoxalmasına imkan vermir.”

Jurnala keçid:  https://www.instagram.com/yeni_karusel/

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?